22 mart 2011 15:26
Millimizin rəqibi problemlə üzləşdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın rəqiblərindən olan Avstriya da ciddi problemlə üzləşib. Azerisport.az xəbər verir ki, martın 25-də Belçika, 29-da isə Türkiyə ilə qarşılaşacaq avstriyalıların aparıcı oyunçusu olan Mark Yanko zədələnib.
Hollandiyanın “Twente” klubunda top qovan oyunçunun öz sözlərinə görə, qarşıdakı oyunlarda iştirakı sual altında olsa da, böyük ehtimalla forma geyə biləcək. Hər halda onun sıraya dönməsi üçün yığmanın həkimlər korpusu da tam səfərbər olunub. Axı Yanko avstriyalıların liderlərindən sayılır.
