22 mart 2011 16:03

Hakimlər Xəzər Lənkəran`ı sonuncu etdilər

Azərbaycan Premyer Liqasının XXIV turu “Xəzər Lənkəran” üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, mövsüm ərzində ilk dəfə “Xəzər Lənkəran”ın lehinə penalti qərarı verildi.
 
“Neftçi” ilə matçda penalti zərbəsini dəqiq yerinə yetirən Julius Vobay mövsüm ərzində ilk 11 metrlik zərbənin müəllifi oldu və dəqiq yararlandı.
 
Bu komandanın ifasında sonuncu penalti isə ötən ilin aprelində vurulmuşdu. Həmin çempionatın 29-cu turunun “İnter”lə görüşündə İvan Svetkov 11 metrdən qapını dəqiq nişan almışdı. Aprelin 23-dəki görüşdən təxminən 11 ay, daha dəqiqi 329 gün sonra hakimlər “Xəzər Lənkəran”ın penalti vurmasına imkan verdilər.
 
Penaltilərlə bağlı daha 1 məqam isə Premyer Liqanın əvvəlki 23 turu ilə bağlıdı. “Xəzər Lənkəran”ın “siftə etdiyi” XXIV tura qədər hakimlər 22 penalti təyin etmişdi. XL-dan başqa hər klub ən azı 1 dəfə belə imkan qazanmışdı. Həmin 11 klubun zərbə sayı isə belə idi: “İnter” – 4, “Neftçi”, “Qəbələ” – 3, “Muğan”, “Gəncə”, “Simurq”, “Turan” – 2, AZAL, MOİK, “Qarabağ”, “Bakı” – 1 dəfə. Göründüyü kimi “Xəzər Lənkəran” bu siyahıya hamıdan sonuncu – 12-ci qoşuldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.