22 mart 2011 16:21
GS-ın sabiq çalışdırıcısı qovuldu, Fener`in keçmiş baş məşqçisi gətirildi
Almaniyanın “Eintracht” klubu Bundesliqanın cari mövsümündəki uğursuz çıxışının günahını baş məşqçi Mixael Skibbedə görərək, onu vəzifəsindən kənarlaşdırıb. Azerisport.az xəbər verir ki, Frankfurt təmsilçisi “Galatatasaray”ın sabiq çalışdırıcısını qovarkən, onun yerinə digər Türkiyə təmsilçisi “Fenerbahçe”nin baş məşqçisi olmuş Kristof Daumu gətirib.
“Eintracht” klubunun rəsmi saytı vasitəsilə də təsdiqlədiyi xəbərə görə, Daumla mövsümün sonuna kimi müqavilə bağlanılıb. Qeyd edək ki, “sarı lacıvərdlilər”in sabiq çalışdırıcısı hazırda 31 xalla təhlükəli – 14-cü pillədə olan Frankfurt təmsilçisini elitada saxlamalıdı.
