22 mart 2011 19:35
AFFA-dan yeni təbliğat aksiyası (FOTOREPORTAJ)
Novruz bayramı münasibətilə İçəri Şəhərdə təşkil olunan Meydan bazarında AFFA da iştirak edərək 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının təbliğatını aparır. Azerisport.az xəbər verir ki, Meydan bazarına gələnlərə U-17 qızlar arasında DÇ ilə bağlı AFFA tərəfindən hazırlanmış xüsusi bukletlər təqdim olunur. Həmçinin burada AFFA-nın aksessuarlarının satışı təşkil olunub və səyyar futbol meydançası quraşdırılıb.
