22 mart 2011 11:46
Rövnəq Abdullayev Parisə yollandı
Bu gün Fransanın paytaxtı Parisdə UEFA-nın XXXV növbəti Konqresi keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov da iştirak edəcək.
Konqresin gündəliyinə növbəti müddət üçün UEFA prezidenti vəzifəsinə seçkinin keçirilməsi daxil edilib. Qeyd edək ki, bu vəzifəyə 1 nəfərin – Avropa futbol qurumunun hazırkı prezidenti Mişel Platininin namizədliyi irəli sürülüb.
