22 mart 2011 12:18

Arif İsayev: Foqts məni çağırmayıbsa, deməli səbəbi var

“Qəbələ”nin futbolçusu Arif İsayev azerisport.az saytına müsahibəsində Berti Foqts tərəfindən yığma komandaya dəvət almamasından və komandasının Premyer Liqadakı çıxışından danışıb.
 
- Berti Foqts Belçika ilə oyun üçün yığmamızın heyətini açıqladı, amma sizin adınız o siyahıda yoxdu...
- Nə deyə bilərəm. Əlbəttə, mən yenidən yığmanın yanında olmağı çox istəyirdim. Ancaq bu, onun qərarıdı və hörmət edirəm. Əgər çağırmayıbsa, deməli nəsə səbəbi olub. Foqts da görür kimi çağırmaq lazımdı, kimi yox.

- Necə düşünürsüz, sizi nəyə görə heyətdən kənarda qoyub?
- Mən bunu bilmirəm. Ola bilsin ona görə ki, ilin əvvəlində mən demək olar, əsas heyətdə meydana çıxmırdım. Ancaq sonradan meydana daxil olurdum. Ancaq yenə mən Foqtsun qərarına hörmətlə yanaşıram. Bu gün çağırmayıbsa, ola bilər sabah çağırsın. Buna görə mən tam gücümlə çalışacam ki, yenidən əsas komandamızdan dəvət alım.

- Sizin fikrinizcə, Foqts daha kimləri yığmaya dəvət etməliydi?
- Belə işlərə qarışmamağa çalışıram. Əgər Foqts bu futbolçuları çağırıbsa, deməli, onlar layiqdilər və baş məşqçinin taktikasına uyğun gəlirlər. Bunu deyə bilərəm.
 
- Bəs sizcə, yığmamız Belçika ilə oyunda nəyəsə nail ola biləcək?
- Allah eləsin ki, qənaətbəxş nəticə ilə qayıtsınlar. Ümid edirəm ki, komandamız ən azı bir xal qazana biləcək.
 
- Premyer Liqanın son turunda komandanız “Muğan”a çətinliklə qalib gəldi...
- Sevinirəm ki, biz nəhayət uğursuz seriyaya son qoyduq. “Muğan” üzərində qələbə qazanmaq bizim üçün çox vacib idi. Hesab edirəm ki, həmin oyunda biz son dövrlərdəkindən daha yaxşı oynadıq və layiqli qələbə qazandıq.

- Sizcə, “Qəbələ”nin son dövrlərdəki anlaşılmaz oyunu nə ilə bağlıdı?
- Mən bunu motivasiya ilə əlaqələndirərdim. Biz bu ilə çox uğursuz başladıq. Öncə “Qarabağ”a 0:3 hesabıyla uduzduq, ardından “Muğan”a minimal hesabla yenildik. Nəticədə ilk altılıqdan kənar qaldıq. Bu, öz təsirini göstərməliydi. Necə ki, MOİK-lə heç-heçə etdik, kubokda “Bakı”ya məğlub olduq. Baxmayaraq ki, “zolaqlılar”la oyunda heç də pis oyun sərgiləmədik. Amma mərhələ keçə bilmədik. Bundan sonra ancaq növbəti mövsümə hazırlaşmaq qalır.
 
- Komanda ikinci altılıqdakı liderliyini qoruyub-saxlaya biləcək?
- Allah eləsin ki, bunu bacaraq. Əlbəttə, bu, futboldu. Burda hər şey olur. Ancaq mən komandamıza inanıram. Başqa variant yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.