22 mart 2011 12:44
Qus Hiddink Türkiyə millisindən ayrılmağa hazırlaşır
AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Türkiyə millisinin baş məşqçisi Qus Hiddink “ay-ulduzlu” komandadan getməsinin mümkünlüyünü istisna etmir. Azerisport.az xəbər verir ki, hollandiyalı mütəxəssis qarşıdakı Avstirya ilə oyunları öncəsi qardaş ölkə mətbuatına müsahibəsində maraqlı fikirlər dilə gətirib:
“Avstriya ilə oyunda çox yaxşı bir Türkiyə yığması izləmək istəyirik. Əgər bunu bacarmasaq, prezidentdən məni göndərməsini istəyəcəm. Almaniya qarşısında təcrübəli oyunçularla oynadıq, ancaq uduzduq. Almaniya qarşısında hər kəs uduza bilər. Biz Almaniya və Azərbaycana qarşı təcrübəli oyunçularla oynadıq, ancaq bu təcrübə işə yaramadı. Böyük olmasa da, müəyyən dəyişikliklərə getdik. Bundan sonra özünü milli komandaya həsr edən futbolçulala davam edəcəyik”.
