23 mart 2011 13:01

Berti Foqtsdan millimizin üzvlərinə bayram sovqatı

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da səfərdə Belçikanın qonağı olacaq Azərbaycan millisi hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, yığmamızın üzvləri baş məşqçi Berti Foqtsun rəhbərliyi altında onun vətənində hazırlaşır
 
Komandamız Düsseldorfda məskunlaşıb. Almaniyalı mütəxəssis yetirmələrini gündə iki məşqə çıxarır ki, həmin hazırlıq proseslərində də futbolçular əsasən topla cəld və sürətli çalışmalara üstünlük verirlər.
 
Günün ilk məşqləri daha çox oyunçuların sürət və koordinasiya kerfiyyətlərinin artırılmasına xidmət edir. Axşam məşqlərində isə futbolçular daha çox toplu çalışmalara üstünlük verirlər.
 
Novruz bayramı günü Berti Foqts yetirmələrinə hədiyyə etməyi də unutmayıb. Belə ki, almaniyalı mütəxəssis Almaniya Bundesliqasının son turunun “Bayer” – “Schalke” görüşünə bilet təşkil edərək, millimizin üzvlərinə bu görüşün həyəcanını yaşadıb. Qarşılaşma isə, məlum olduğu kimi 2:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.
 
Lakin hazırlıq prosesində futbolçularımızı üzən məqamlar da var. Belə ki, komandamızın məskunlaşdığı otelin interneti çox pis işlədiyindən, milli üzvləri ən populyar hobbilərindən kənar qalıblar. İndi onlara həftəsonu yollanacaqları Belçikada elə problemlə üzləşməyəcəklərinə inanmaq qalır. Axı 29-da bu ölkənin yığmasıyla vacib görüşə çıxacaq futbolçularımız hazırlığın qalan hissəsini məhz Brüsseldə davam etdirəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.