23 mart 2011 12:45
Qarabağ da məşqlərə başladı, amma 8 aparıcı oyunçusuz
“Qarabağ” da məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, Novruz bayramı və milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq komandanın baş məşqçisi Qurban Qurbanov futbolçulara 3 günlük istirahət vermişdi.
Artıq bu istirahəti başa vuran komanda üzvləri dünəndən hazırlıqlara start verib. Komandanın bazasına yığışan futbolçular “Sərin”in idman meydançasında məşq ediblər. Bu günə komandanın 2 məşqi nəzərdə tutulub. Artıq səhər məşqi baş tutub. Günün 2-ci məşqinin də “Sərin”də keçirilməsi planlaşdırılır.
“Qarabağ”ın məşqlərində millimizin düşərgəsində olan Fərhad Vəliyev, Rəşad Sadıqov, Elvin Məmmədov, Vüqar Nadirov, Rauf Əliyevlə yanaşı Albaniya millisinin düşərgəsinə yollanan Admir Teli, Ansi Aqolli və Latviya yığmasına yollanan Andrey Rubin iştirak etmir. Belədə komanda məşqlərini 17 futbolçuyla davam etdirir.
