23 mart 2011 14:06
Rednik XL-nın mənzil və maşın təklifindən imtina edib
“Xəzər Lənkəran”ın rumıniyalı baş məşqçisi Mirça Rednik klub rəhbərliyinin onun üçün yaratmaq istədiyi bir çox şəraitdən imtina edib. Azerisport.az xəbər verir ki, o, işə başlayarkən rəhbərlik onu xüsusi avtomobil və sürücü, həmçinin xüsusi mənzillə təmin etmək istəyib.
Lakin bütün bunlardan imtina edən Rednik klubun bazasında qalmağı üstün tutub. O, səfərlərə gedib-gələrkən də adətən komandanın ümumi avtobusundan yararlanır.
