23 mart 2011 14:14
Emil Mpenza: Bundan sonrakı matçlarda əlimdən gələni edəcəm
"Neftçi"nin belçikalı hücumçusu Emil Mpenza ötən gün paytaxtımıza gəldi. Azerisport.az xəbər verir ki, bu gündən etibarən komandanın məşqlərində iştirak edən belçikalı hazırkı durumu haqda bunları söyləyib:
"Hazırda, həkimlərin rəyindən sonra komanda ilə məşqlərə qatılıram. Cərrahiyə əməliyyatından sonra bərpa kursunu Belçikada keçərək, Bakıya döndüm. Daha əvvəl qeyd etdiyim kimi, 6 həftə çəkən reabilitasiya kursundan sonra həkimlər, ümumi məşqlərdə iştirak etməyimə icazə verdilər. Özüm də "Neftçi"yə vacib görüşlərdə kömək edə bilmədiyim üçün çox təəssüflənirdim. Bu gündən etibarən komandamın məşqlərində iştirak edirəm. Tezliklə lazımi formamı yığıb, qarşıdakı çempionat oyunlarında komandama kömək etmək əzmindəyəm. Azarkeşlər əmin olsunlar ki, bundan sonrakı matçlarda komandamın çempion olması üçün əlimdən gələni edəcəm" – deyə o, klubun rəsmi saytına açıqlamasında bildirib.
