23 mart 2011 14:23
AFFA-dan hakim-inspektorlar üçün seminar
AFFA-nın inzibati binasında Həvəskarlar liqasına yeni təyinat alan hakim-inspektorlar üçün seminar keçirilib. Azerisport.az xəbər verir ki, Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabarovun rəhbərliyi ilə keçirilən seminarda 19 hakim-inspektor iştirak edib.
