23 mart 2011 15:24
Hazard: Azərbaycanla oyuna köklənməyimiz çətin olacaq
AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Belçikanın aparıcı yarımmüdafiəçilərindən Eden Hazard qarşıdakı Avstriya ilə oyundan məğlub ayrılacaqları halda, Azərbaycanla görüşə köklənmələrinin də asan olmayacağını dilə gətirib. Azerisport.az xəbər verir ki, Fransa çempionatının lideri “Lille” klubunun şərəfini qoruyan təcrübəli futbolçu bu haqda danışarkən, aşağıdakı fikirləri ifadə edib:
“Əgər biz Vyanada məğlub olsaq, onda hər şeyi bitmiş saymaq olar. Çünki o məğlubiyyətdən sonra bizim Azərbaycanla oyuna köklənməyimiz də çətin olacaq. Ancaq biz hər şeyi edəcəyik ki, qələbə qazanaq. Ona görə ki, bizim digər əsas rəqibimiz Türkiyə də hazırda əla formadadı”.
