23 mart 2011 11:27
Almaniya millisi də Bakı`nın bazasını seçdi
Almaniya milli komandasının departament rəisi Corc Belau “Bakı” futbol klubunun bazasını ziyarət edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssisisin səfəri AÇ-2012-nin seçmə mərhələsinin 7 iyun 2011-ci il tarixdə keçiriləcək Azərbaycan - Almaniya oyununa hazırlıq məqsədi güdür.
Rəsmi oyun öncəsi məşq prosesisin təşkili üçün paytaxtımıza buyuran milli komanda meneceri Almaniya yığmasının “Bakı” futbol klubunun bazasında hazırlaşması üçün bütün zəruri şəraitin mövcudluğunu təsdiqləyib.
Corc Belau klubun bazası ilə ətraflı tanış olduqdan sonra “Bakı”nın təlim məşq bazası haqda fikirlərini bildirib: “Bakı”nın bazasını çox bəyəndim. Xüsusən də, uşaq futboluna yetirilən çox böyük diqqət və qayğının şahidi oldum. Futbolçular üçün hər bir şərait yaradılıb. “Bakı” klubuna uğurlar arzulayıram. İnanıram ki, belə infrastruktura malik olan klub tezliklə Avropada öz sözünü deyəcək. Azərbaycanda belə bir klub formalaşmasının şahidi olmağım məni cox sevindirdi. İyun ayında bir daha sizin qonağımız olacağıq. Bu ehtimal burada gördüyüm ən yüksək şəraitə əsaslanır”.
Xatırladaq ki, daha əvvəl Azərbaycan milli komandasının qonağı olaraq Bakıya səfər edən Küveyt və Türkiyə yığmaları da, məhz, “Bakı” futbol klubunun bazasında məşq etmişdilər.
