23 mart 2011 11:46
Emil Mpenza Neftçi`nin düşərgəsinə qayıtdı
Premyer Liqanın 24-cü turunun "Xəzər Lənkəran"la səfər görüşündən sonra istirahətə buraxılan "Neftçi" məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, bu gündən etibarən komanda üzvləri baş məşqçi Arif Əsədovun rəhbərliyi altında gündə iki dəfə olmaqla klubun bazasında məşq edərək, növbəti turda keçiriləcək "Qarabağ"la oyunun hazırlıqlarına start verib.
Uzun müddətdi zədə səbəbindən vətəni Belçikada müalicə olunan flaqmanın hücumçusu Emil Mpenza, ötən gün Bakıya gələrək komandanın düşərgəsinə qoşulub. Belçikalı hücumçu bərpa prosesini keçdiyi üçün, məşqçilərin nəzarəti altında umumi məşqlərdə iştirak edəcək.
Qeyd edək ki, “ağ-qaralar”ın məşqlərində yığma komandamıza, 21 yaşlılardan ibarət millimizə və Makedoniya yığmasına çağırılan futbolçular iştirak etmir.
