23 mart 2011 12:00
AFFA-dan Premyer Liqa klublarına cəza yağmuru
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın son turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilmişdir:
Premyer Liqanın 24-cü turunun “Muğan” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Nodar Məmmədov aqressiv oyuna görə (başla rəqibə zarbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Neftçi” matçında “Xəzər Lənkəran”ın 4, “Neftçi”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub. Oyunun 22-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Qarabağ” – AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Gəncə” – “Simurq” oyununun 87-ci dəqiqəsində “Gəncə”nin futbolçusu Ceyhun Sultanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Gəncə”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçünm klub 2000 manat cərimə olunub.
