23 mart 2011 12:26
Jorj Leekens: Lukaku Azərbaycanla oyunda əsas heyətdə olacaq
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın rəqiblərindən olan Belçikanın baş məşqçisi Jorj Leekens komandasının əsas futbolçularından olan Romelo Lukakunun durumundan danışarkən, nikbin fikirlər söyləyib. Azerisport.az xəbər verir ki, çalışdırıcı komandasının əsas yarımmüdafiəçilərindən olan Lukakunun Azərbaycana qarşı oynaya biləcəyini söyləyib:
“Hələlik onun Avstriya ilə oyunda iştirakı sual altındadı. Mən də risk edib, onu əsas heyətdə oynatmaq istəmirəm. Amma Azərbaycanla oyunda Lukaku əsas heyətdə meydana çıxa biləcək”.
