23 mart 2011 00:28
Roman Pavlyuçenko: Azərbaycanda bizi daşa basdıqlarını xatırlamıram
Rusiya yığmağının və İngilətərənin “Tottenham” klubunun hücumçusu Roman Pavlyuçenko onun komandasının Bakıda keçirilən Azərbaycanla oyundan sonra azarkeşlər tərəfindən daşa basılması haqda söhbətləri təkzib edib. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında Ermənistanla səfər oyunu ərəfəsində meydana gələn bu şayiələr haqda aşağıdakıları söyləyib:
“Deyirlər ki, Azərbaycanda yığmamızın avtobusunu daşa basıblar? Mən belə bir şeyi xatırlamıram. Ermənistana gəlincə, əsas ordan qələbə ilə qayıtmaqdı. Onda sonra bizi daşa bassalar da olar”.
