24 mart 2011 13:08
Neftçi`nin sabiq üzvü Hollandiya klubunda
“Neftçi”nin sabiq futbolçusu Suat Usta karyerasını Hollandiya çempionatında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Sittard “Fortuna”sı ilə müqavilə bağlamağa yaxındı.
Qeyd edək ki, Suat Usta vaxtilə Hollandiya çempionatında çıxış edib. O dövrdə türkiyəli PSV-nin və MBB-nin şərəfini qorumaq imkanı qazanıb. Hazırda azad agent statusuna malik olan Suat ötən mövsümə kimi “Neftçi”nin heyətində yer alırdı.
