24 mart 2011 13:20
Foqts: Ona hələ də layiqli əvəzləyici tapılmayıb
Yığma komandamızın baş məşqçisi Berti Foqts Münhenin “Bayern” klubunu və onun baş məşqçisi Lui van Qalı tənqid atəşinə tutub. Azerisport.az xəbər verir ki, o, mətbuata açıqlamasında son Almaniya çempionunun hazırkı durumunu belə qiymətləndirib:
“Hollandiyalı heç də biz düşündüyümüz kimi fikirləşmir. Onlar hesab edirlər ki, müdafiəçilər cərimə meydançasından uzaqda, mərkəz xəttinə yaxın dayanmalıdılar. Bu, düz deyil. Burda söhbət Hollandiya yığmasından getmir. Mən hələ də başa düşə bilmirəm ki, Van Qal niyə braziliyalı Lusiodan imtina etdi. Hansı ki, hazırda məhz “İnter”də oynayır. Ona layiqli əvəzləyici hələ də tapa bilməyib”.
