24 mart 2011 13:31
Qarabağ və Simurq yoldaşlıq oyunu keçirməyə qərar verdi
Ağdamın “Qarabağ” və Zaqatalanın “Simurq” klubları Premyer Liqada yaranan qısa fasilədən maksimum yararlanmaq qərarına gəliblər. Azerisport.az xəbər verir ki, bölgə təmsilçiləri bu günlərdə yoldaşlıq görüşündə üz-üzə gəlməklə, yaranan boşluğu aradan qaldıracaqlar.
Qarşılaşma bazar günü baş tutacaq. Komandalar münasibətlərinə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda aydınlıq gətirəcəklər.
