24 mart 2011 01:26

Şahin Diniyev: Belçika İspaniya və ya Braziliya deyil

Millimizin sabiq baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində milli komandamızın Belçika ilə oyunu öncəsi bir sıra məsələlərə münasibətini açıqlayıb.
 
- Azərbaycan yığma komandası AÇ-2012-nin seçmə mərhələsinin qarşıdakı Belçika ilə oyununun hazırlıqlarına start verib. Millimizin 10 günlük təlim-məşq toplanışı ilə bağlı nə deyə bilərsiz?
- Bu toplanış komandanın özünə gəlməsinə və sırf Belçika ilə oyuna köklənməsinə kömək edəcək. Bu, komanda daxilindəki atmosferə də müsbət təsirini göstərməlidi. Mümkündü ki, oyunçular arasında meydandakı anlaşma daha yaxşılaşsın. Baş məşqçi də müəyyən taktikalar üzərində çalışmaq imkanı əldə edib. Futbolçular rəqibi daha yaxşı öyrənə bilər. Komandanın fiziki hazırlığından danışmağa dəyməz. Çünki 10 günə fiziki hazırlıq olmur. Bu, mərhələlərlə həyata keçirilməsi lazım gələn hazırlıq prosesidi. Bunun üçün ayrıca işləmək lazımdı.
 
- Sizin Belçika yığması haqqında da fikirləriniz maraqlıdı...
- Mən onların Rusiyaya qarşı oyununa baxdım. Onda belçikalılar Dik Advokatın yetirmələrini 2:0 hesabıyla məğlub etdilər. Bizim qarşıdakı rəqibimiz sadəcə əla oyun sərgilədi. Sözün düzü, onlar ruslara daha çox qol vura bilərdilər. Çox yaxşı komplektləşmiş, səhvə yol verməyən komandadı. Onlar həm qol vəziyyətləri yaratmağı, həm də onlardan yararlanmağı əla bacarırlar. Belçika yığması mənim çox xoşuma gəlmişdi.
 
- Komandamızın lehinə ola biləcək hansı informasiyaları demək istərdiz?
- Belçikada konkret lider yoxdu. Daha dəqiqi, yığma bir futbolçudan asılı deyil. Onlar taktiki cəhətdən də güclüdülər. Son illərdə Belçikada gənc futbolçuların inkişafına daha çox diqqət yetirirlər və gələcəyin komandasını yaradıblar. İndi onlar istəklərinə çatıblar. Komanda topla əla davranır. Standart vəziyyətlərdən yararlanmağı da bacarırlar.
 
- Yığmadakı dönəminizdə siz də Belçika ilə qarşılaşmışdız...
- Bəli. Onda yığmamız Belçikaya qarşı mənim rəhbərliyim altında oynamışdı. O dövrdə belçikalıların heyətində ulduzlar çıxış edirdi. Məhz ondan sonra başa düşdülər ki, qrupdan çıxa bilməyəcəklər və dəyişikliklər labüddü. 2007-ci illə müqayisədə bu komanda çox dəyişib. İndi heyətdə gənclər çıxış edir, hansı ki, artıq sözlərini deməyi bacarıblar. Mobil və sürətli komanda yaradıblar.
 
- Bəs Azərbaycan Belçikaya qarşı necə oynamalıdı?
- Fərdi keyfiyyətlərdən daha çox yararlanmağa ehtiyac var. Hər bir futbolçu top uğrunda bütün mübarizələrdən qalib çıxmağa çalışmalıdı. Biz orta sahədə onlara problem yaratmalıyıq ki, hücumlarını inkişaf etdirə bilməsinlər. Oyunçularımız bir-birini sığortalamağı unutmamalıdı. Biz öz taktikamıza ümid bəsləyə bilərik. Bu, çox şeyi həll etmiş olacaq. Müdafiədə daha ehtiyatlı oynamalıyıq. Çünki standart vəziyyətlər onlar üçün əla hədiyyə olacaq. Əlbətə, 90 dəqiqə müdafiə olunmaq da bizə bir şey verməz. Bizə həm də hücum etmək lazım gələcək.
 
- Yığmamızın hansısa üstünlüyü varmı?
- Əgər bizim yaxşı taktikamız olsa, nəyəsə ümid edə bilərik. Sirr deyil ki, Azərbaycan yığması üçün çox çətin olacaq. Yığmamız elə etməlidi ki, belçikalıları nə iləsə həyəcanlandırsın. Əgər biz ilk 10-15 dəqiqəni yüksək səviyyədə keçirə bilsək, belçikalılar çəkinəcək. Amma hər qapıya zərbə fürsətindən də yararlanmaq lazımdı. Onları səhv buraxmağa məcbur etməliyik.
 
- Yığmamızın bu oyundakı uğuruna nə dərəcədə inanırsız?
- Futbolda hər şey olur. Biz hamımız yığmaya azarkeşlik etməli olacağıq. Belçika İspaniya və ya Braziliya deyil. Onlarla oynamaq olar. Ümid həmişə var. İnanıram ki, yığmamız Belçikadan sürprizlə qayıdacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.