24 mart 2011 01:38
Bakının sabiq oyunçusu 6 illik həbs cəzasına layiq görüldü
Tiflis şəhər məhkəməsi futbolçu Georgi Demetradzeni 6 il azadlıqdan məhrum etdiyini açıqlayıb. Azerisport.az xəbər verir ki, o Gürcüstanda oğru dünyası ilə əlaqələrdə günahlandırıb.
Georgi Demetradze ilə bərabər daha 2 nəfər – David Qaqnidze və David Peikrişvili də mühakimə olunub. Onlardan birincisi 8, digəri isə 2 il azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Demetradze 2010-ci ilin iyul ayının əvvəlində Tiflisdə saxlanılıb. O, DÇ-2010-nun gedişi zamanı Ukraynada yaşayan kriminal avtoritet Vato Kipiani ilə qanunsuz totalizator oyunlarının təşkilində günahlandırılır. Lakin Demetradzenin vəkili şikayət etmək niyyətindədi.
Qeyd edək ki, Georgi Demetradze vaxtilə “Bakı”nın şərəfini qoruyub.
