24 mart 2011 15:21
Millimizlə oyuna yeni forma ilə (FOTO)
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Belçika yığması bundan sonra yeni formalarla çıxış edəcək. Azerisport.az xəbər verir ki, artıq seçmə mərhələnin qarşıdakı Avstriya (25 mart) və Azərbaycanla (29 mart) oyunlarında Jorj Leekensin yetirmələri bu formalardan yararlana biləcək.
Qeyd edək ki, əvvəlki formalarda olan qara rəng yeni formalardan yığışdırılıb. Belçikalıların bu formalarının “Burrda” firması tərəfindən istehsal olunduğunu da vurğulayaq.
