24 mart 2011 16:24
Belçika yığmamızla oyun ərəfəsində itirə-itirə gedir
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın rəqibi olan Belçika daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, zədə epidemiyasının baş alıb getdiyi belçikalıların düşərgəsində bu dəfə qapıçı Silvio Protonun sıradan çıxması rəqibimizi məyus edib.
“Anderlecht”in qapıçısının aldığı zədə kifayət qədər ciddidi və onun qarşıdan gələn Avstriya (25 mart) və Azərbaycanla (29 mart) qarşılaşmalarda forma geyə bilməyəcəyi dəqiqdi. Baş məşqçi Jorj Leekens artıq ona əvəzləyici də tapıb. Belə ki, Protonun əvəzində “Genk” də top qovan Tibo Kurtua əsas komandanın sıralarına cəlb olunub.
Qeyd edək ki, bu, belçikalıların düşərgəsində artıq 9-cu itkidi. Buna qədər rəqibimiz Maruan Fellaini, İqor de Kamarqo, Tomas Vermalen, Conatan Lejar, Byuron Vleminks, Kristof Lepuana və Olivye Deşaxtın da xidmətindən məhurm olmuşdu. Nikolas Lombertsin iştirakı isə hələ də sual altındadı.
