24 mart 2011 11:27
Elnur Abdullayev: Berti Foqtsun qərarını normal qəbul edirəm
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev yığma komandamızdan kənarda qalmasına münasibətini bildirib. Azerisport.az saytına müsahibəsində o, Berti Foqtsun Belçika ilə oyun üçün açıqladığı heyətdə olmamasını belə dəyərləndirib:
“Bu, baş məşqçinin qərarıdı. Mən də buna hörmətlə yanaşıram. Hər şeyi etməyə çalışıram ki, “Xəzər Lənkəran”ın heyətində daha çox meydanda olum. Belədə yəqin ki, oyunum Berti Foqtsun xoşuna gəlsə, məni yığmaya çağırar. Bu dəfəki heyətdən kənarda qalmağımı isə normal qarşılayıram”.
