24 mart 2011 12:03

Mehman Allahverdiyev: Gəncə`ni qəbul etməyə də bilərdim

“Gəncə”nin yeni baş məşqçisi Mehman Allahverdiyev azerisport.az saytına müsahibəsində futbola qayıdışı, çempionatın gedişi və komandasının futbolçuları haqda danışıb.
 
- “Gəncə”nin baş məşqçisi təyin olunmağınız sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Komanda iki oyun idi ardıcıl uduzurdu. Çünki qol vura bilmirdi. Bu da rəhbərliyin diqqətindən kənarda qala bilməzdi. “Simurq”la oyundan sonra məni çağırdılar, vəziyyəti başa saldılar. Mən də komandaya rəhbərlik etməyə razılaşdım. Halbuki, qəbul etməyə də bilərdim. Özünüz də başa düşürsüz ki, hər məşqçi komandanı belə vəziyyətdə qəbul etmək istəmir. Son turlarda “Gəncə” sadəcə normal futbol sərgiləyə bilmirdi.
 
- Sizin müqavilənizin müddəti nə vaxta kimidi?
- Növbəti mövsümün sonuna kimi. Bu mövsüm onsuz da itirlmiş sayılır. Heç nə etmək mümkün deyil. Əsas vəzifə növbəti mövsüm üçün qoyulub ki, “Gəncə” avrokuboklara vəsiqə qazanmalıdı. İndi komanda pis vəziyyətdədi. Çempionatın sonuna iki ay qalmış nəyisə dəyişmək çətindi.
 
- Yeni komandanızın futbolçuları necə təsir bağışlayır?
- Onlar haqda hələ danışa bilmərəm. Bizim ilk məşqimiz martın 24-də olacaq. Son oyunlara əsasən komandanın fiziki cəhətdən axsadığını deyə bilərəm. Onlara 6 günlük istirahətin verilməsini ümumiyyətlə başa düşmürəm. Komanda bu qədər uğursuz oyun keçirib, istirahət verilir. Bəzi legionerlər hətta 8 günlük icazə istəyib. Hesab edirəm ki, bu, düzgün deyil. Ancaq mən nə edə bilərəm? Qərarı sabiq baş məşqçi verib.
 
- Komandanı “Qəbələ” ilə oyuna hazırlaya biləcəksiz?
- Bu görüş aprelin 2-də baş tutacaq. Komandamız son 6 oyunda cəmi 3 xal toplaya bilibsə, deməli problemləri var. Lakin hər şeyə rəğmən, bizə Qəbələyə yaxşı əhval-ruhiyyədə yollanacağıq.
 
- Yayda komandada dəyişikliklər olacaq?
- Dəyişikliklər olacaq. Komandada yaxşı futbolçular var. Hansı ki, komandaya gələcəkdə də kömək edə bilər. Əgər onlar “Xəzər Lənkəran”, “İnter” kimi komandalara qalib gəlirlərsə, deməli futbol oynamağı bacarırlar. Ümidləri doğrultmayan futbolçular isə yola salınacaq. Onların əvəzində daha keyfiyyətli legionerlər götürməyə çalışacağıq.
 
- Deməli həm də klubun büdcəsi artırılmalıdı...
- Klub prezidenti Elmir Əliyev deyib ki, büdcə artacaq. Bildiyimə görə, bu, yeni icra hakimi Elmar Vəliyevin köməyi sayəsində mümkün olacaq. Hansı ki, o, vaxtilə “Karvan”a da dəstək verirdi. Bu insan futbolu çox sevir. Bizə kömək edəcək və əla klub yaradacağıq. “Gəncə” birinci altılıqdan kənarda qalmamalıdı.
 
- Bəs sizin tərk etdiyiniz “Kəpəz”in vəziyyəti nə yerdə qaldı?
- “Gəncə”yə gəldiyim üçün “Kəpəz”i tərk etdim. Orda Fizuli Allahverdiyevlə Tahir Mirzəyev çalışır. Vidadi Rzayevi isə özümlə birgə “Gəncə”yə gətirdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.