24 mart 2011 12:24
Milan bəyəndiyi 3 futbolçumuzun adını açıqladı
İtaliyanın “Milan” klubu və Bakı “İnter”i arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilən “Milan Junior Camp” layihəsi başa çatıb. Azerisport.az xəbər verir ki, italiyalı məşqçilər layihə çərçivəsində dörd gün ərzində təqribən 300 uşaq futbolçunu baxışdan keçiriblər.
Bu gün “Şəfa” stadionunda italiyalı məşqçilər layihəyə yekun vurublar və İtaliyaya gedəcək 3 futbolçunun adını açıqlayıblar. Milanda keçiriləcək ənənəvi futbol festivalına 1997-ci il təvvəllüdlü futbolçular -Ağaseyid Qasımov, Natiq Pehman və Nəriman Hüseynov gedəcəklər.
Bundan başqa, “Milan”nın nümayəndələri 10 nəfər iştirakçıya “Milan” komandasının toplarını, bir nəfər futbolçuya isə “Milan”nın tanınmış futbolçusu Patonun imzaladığı köynəyi hədiyyə ediblər.
Bununla da "Milan Junior Camp" layihəsi Azərbaycanda fəaliyyətini yekunlaşdırıb.
