25 mart 2011 01:28
Belçika yığmasında onuncu itki
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Belçika yığması daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, martın 29-da səfərdə qarşılaşacağımız belçikalıların aparıcı oyunçularından Tobi Alderveyreld də zədələnərək, sıradan çıxıb.
“Ajax”ın şərəfini qoruyan yarımmüdafiəçinin bu gün keçiriləcək Avstriya ilə görüşdə forma geyməyəcəyi artıq dəqiqdi. Lakin həkimlər 22 yaşlı futbolçunu 4 gün sonrakı Azərbaycanla qarşılaşmaya kimi sağaldacaqlarına ümid bəsləyirlər.
Qeyd edək ki, bu, belçikalıların düşərgəsində artıq 10-cu itkidi. Buna qədər rəqibimiz Maruan Fellaini, İqor de Kamarqo, Tomas Vermalen, Conatan Lejar, Byuron Vleminks, Kristof Lepuana, Silvio Proto və Olivye Deşaxtın da xidmətindən məhurm olmuşdu. Nikolas Lombertsin iştirakı isə hələ də sual altındadı.
