25 mart 2011 13:34
Yığmamızın rəqibləri qələbəyə sevindilər
21 yaşadək futbolçulardan ibarət yığmamızın Qvineya ilə keçirilən yoldaşlıq görüşündə qələbə qazanmasından (1:0) xəbəriniz var. Azerisport.az xəbər verir ki, dünən millimizin seçmə mərhələdi rəqibləri də sınaq matçı keçirib.
İngiltərə millisi Danimarka üzərində 4:0 hesablı qələbəyə sevinib. Belçika isə Şotlandiyanı minimal hesabla məğlub edib. Lakin İslandiya səfərdə Ukraynaya yenilgidən (2:3) yaxa qurtara bilməyib.
