25 mart 2011 01:49
Manuel Noyer millimizlə oyunda buraxdığı qoldan danışdı
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığmasının əsas qapıçısı Manuel Noyer komandasının və özünün çıxışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, “Schalke”nin qapıçısı seçmə mərhələdə cəmi 1 qol buraxmasından sevincli olduğunu dilə gətirməyi də unutmayıb:
“Seçmə mərhələdə artıq 4 oyunumuz arxada qalıb ki, hamısında da qələbə qazanmışıq. Mən isə cəmi bir qol buraxmışam. Bu tək qol da Azərbaycanla oyunda gerçəkləşdi. Bütövlükdə isə 16 matçda qapımda 10 qol görmüşəm. Almaniya ilə Avropa Çempionatının final mərhələsinə 99 faiz qatılacağıq”.
