25 mart 2011 13:57
Ramiz Məmmədovlu Atırau kubokdakı rəqibini də tanıdı
Qazaxıstan kubokunun 2011-ci il mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşkatma nəticəsində Ramiz Məmmədovun çalışdırdığı “Atırau” klubunun da rəqibi müəyyənləşib.
Belə ki, həmyerlilərimizin komandası mübarizəyə ilkin mərhələdən başlayacaq. “Atırau”nun rəqibi isə aşağı liqa təmsilçisi “Astana” olacaq. Qaydalara görə, ilkin mərhələnin görüşləri 1 oyundan ibarət olur və aşağı liqa təmsilçilərinin meydanında keçirilir. “Astana” – “Atırau” oyununun aprelin 13-də keçiriləcəyini də qeyd edək.
Maraq üçün qeyd edək ki, “Atırau” Superliqada keçirdiyi 3 oyunun hərəsində 1 fərqli nəticəyə imza atmaqla, 4 xal toplayıb.
