25 mart 2011 14:11
“Azərbaycanla görüş bu il bizim ən vacib oyunumuz ola bilər”
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Belçika yığmasının aparıcı üzvü Vensan Kompani bildirib ki, Azərbaycanla oyun onlar üçün bu ilin ən vacib oyunu ola bilər. Azerisport.az xəbər verir ki, “Manchester City”nin müdafiəçisi komandamızla oyun ərəfəsində bunları dilə gətirib:
“Əgər biz Avstriya üzərində qələbə qazansaq, onda Azərbaycanla qarşılaşma bu il bizim üçün ən vacib oyun ola bilər. Artıq həmin oyunda bizim xal itirmək haqqımız olmayacaq. Ümid edirəm ki, qarşıdakı oyunlar məhz bizim qələbəmizlə yekunlaşmış olacaq”.
