25 mart 2011 02:03
İnter`lə Muğan da yoldaşlıq görüşü keçirməyə qərar verdi
Son ölkə çempionu “İnter” və ikinci altılığın liderliyi uğrunda mübarizə aparan “Muğan” da Premyer Liqada yaranmış fasilədən maksimum yararlanmağa qərar verib. Azerisport.az xəbər verir ki, sözügedən komandalar yığmamızın oyunu ilə əlaqədar yaranan fasilə dövründə sınaq görüşündə qüvvəsini sınayacaq.
Qarşılaşma bazar günü baş tutacaq. Matçın "Şəfa" stadionunda keçirilməsi nəzərdə tutulur.
