25 mart 2011 02:19

Baranin: Azərbaycan millisinə çağırsalar, canla-başla oynayaram

Serbiyalı futbolçu Lyubo Baranin “Qəbələ”nin uğurlarında böyük pay sahibi olan oyunçulardandı. Azerisport.az xəbər verir ki, istər müdafiədə, istərsə də başqa sahələrdə etibarlı oyunu və fəallığına görə seçildiyindən, kapitan sarğısı ona da həvalə olunur. Futbolçu müsahibəsində komandanın son durumu haqqında danışıb.
 
- “Qəbələ” altılığa düşə bilmədi, kubok yarışlarından da kənarda qaldı. Hazırda futbolçular qarşısında hansı məqsəd dayanır?
- Mənə indi bu barədə danışmaq çətindi. Məncə, sadəcə çempionatın qalan matçlarında yaxşı oynayıb, eyni zamanda yeni mövsümə hazırlaşmalıyıq. Mənim üçün mövsüm artıq bitib. Altılığa düşə bilməməyimizi özüm üçün faciə hesab edirəm. Kubokda da heç nə edə bilmədik, baxmayaraq ki, “Bakı”dan yaxşı oynamışdıq. Ona görə də hesab edirəm ki, bundan sonra vəzifəmiz heyəti təzə futbolçularla gücləndirib, növbəti mövsümdə daha yaxşi nəticə qazanmaq olacaq.
 
- Sizcə, komandanın heyətində köklü dəyişikliyə ehtiyac varmı?
- Məncə, köklü dəyişiklik yaxşı nəticə verməz. Ötən il baş məşqçi gələndə heyətin 70 faizi dəyişdi. Məncə, bundan sonra əsas heyəti saxlamaqla, komandanı yeni futbolçularla gücləndirmək daha yaxşı olardı. Fikrimcə, heyətə yerli futbolçular cəlb etsək  xeyrimizə olar. Sonra yaxşı təlim-məşq toplanışı və yoxlama görüşləri keçirib, növbəti mövsümə daha hazırlıqlı çıxmalıyıq.
 
- Son vaxtlar qeyri-sabit oynamağınıza səbəb nədi? Hücüm xəttinin zəifliyi, müdafiədə buraxılan səhvlər, yoxsa yeni transferin hələ kollektivə uyğunlaşmaması?
- Sadəcə oyunumuz istədiyimiz kimi alınmır, qol imkanlarını qaçırırıq. Müdafiəyə gəlincə, özüm müdafiəçi olduğuma görə demirəm, amma müdafiəmiz normaldı. Hesab edirəm ki, Premyer Liqada 3 ən yaxşı müdafiə xətti varsa, onun biri “Qəbələ”dədi. Deməkdə çətinlik çəkirəm, bəlkə də yeni futbolçular axıra kimi komandaya, çempionat oyunlarına  öyrəşə bilməyiblər.
 
- Bəlkə “Qəbələ”nin altılığa düşməməsi qanunauyğundu?
- Xeyr, “Qəbələ”nin ilk altılıqda oynamağa haqqı vardı. Ötən il “altılığ”a düşmüşdük, bu il də düşməli idik. Əgər növbəti mövsüm daha yaxşı nəticə qazanmaq istəyiriksə, güclü klublarla oynamalıyıq. Hər halda “Neftçi”ylə oynamaq daha yaxşı və maraqlıdır, nəinki MOİK-lə. 
 
- Eşitmişik Azərbaycan yığmasında da oynamaq könlünüzdən keçir...
- Azərbaycan futbolu mənə çox şey verib. Ona görə də, əgər məni milliyə çağırsalar, canla-başla oynamağa  razılıq verərəm. 
 
- Milan Antıç, Branimir Sübaşiç və siz “Qəbələ”də “serb anklavı” yaratmısız...
- Əlbəttə, həmvətənlərimin yanımda olması mənə əlavə stimul verir. Milan Antiç müdafiənin sağında, mən isə mərkəzdə oynayıram, bir-birimizi çox yaxşı anlayırıq. Doğma dildə eşitdiyim sözü- çağırışi daha tez eşidirəm. Biz vətəndən çox-çox uzaqlarda, Qəbələ kimi sakit bir mühitdə birlikdə olanda darıxmırıq.
 
- Növbəti mövsüm özünüzü “Qəbələ”nin heyətində görürsünüzmü?
- Mən gələn il də “Qəbələ”də oynamaq fikrindəyəm. Özümə əminəm, “Qəbələ” ilə yeni müqavilə də imzalamışam. Amma kimin oynayıb-oynamayacağını əlbəttə ki, baş məşqçi müəyyənləşdirir.
 
Mənbə: Qəbələ FK

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.