25 mart 2011 01:55

Qoqa Beraya: Komandamız Azərbaycanda heç bir klubdan zəif deyil

Qoqa Beraya “Qəbələ”nin ən təcrübəli futbolçularından biri, kapitanıdı. Azerisport.az xəbər verir ki, gürcü futbolçu artıq 3 ilə yaxındı bu komandanın uğurları üçün tər tökür. Bəs görəsən Beraya, “Qəbələ”nin son vaxtlar azarkeşlərini sevindirə bilməməsini nə ilə əlaqələndirir?
 
“Bu, sırf təsadüfün nəticəsidi. Əminliklə deyirəm ki, bəxtimiz gətirmədi. Şəxsən mən başqa heç bir səbəb görmürəm. Biz hazırda ilk altılıqda çıxış edən “Xəzər Lənkəran”a, “Qarabağ”a çempionatın təsnifat mərhələsində qalib gəlmişik, “Neftçi” və “İnter”lə heç-heçə oynamışıq”.
 
Qoqa komandasının kubok yarışlarında uğursuzluğuna da toxundu: “Bakı” bizi keçməməliydi. Çünki bizim altı, “Bakı”nın isə vur-tut iki dəfə fərqlənmək imkanı oldu. Oyunu izləyənlərin çoxu, istər dost-tanışlar, istərsə də mütəxəssislər təsdiq edirlər ki, biz “Bakı”dan güclü idik. Məncə, qorxulu heç nə yoxdu. Bu səhvlərdən nəticə çıxarıb, gələcəyə ümidlə baxmalıyıq. Sadəcə, komanda uğursuz dövrünü yaşayır. Həm də, bu dövr yaman çox uzanır. “Qəbələ”nin kapitanı kimi deyə bilərəm ki, biz Azərbaycanda heç bir klubdan zəif deyilik”.
 
Futbolçu son uğursuzluqlara baxmayaraq, gələcəyə ümidlidir və futbolçulardan nə tələb olunduğunu bilir: “Altılığa düşməməyimiz o demək deyil ki, hər şeyi başlı-başına buraxmalıyıq. Əvvəlkitək məşq edib, oyunlara çıxıb qələbə uğrunda mübarizə aparmalıyıq. Düşünürəm ki, gələn mövsüm üçün komandanın əsas heyətini, özəyini müəyyən etməliyik. Bir də, yaxşı oynayıb, heç olmasa, yeddinci yerimizi qorumalıyıq”.
 
7 ildir Azərbaycanda top qovan legioner komandaya gələn yeni futbolçular haqqında da düşüncələrini bölüşdü və onlara vaxt vermək lazım olduğunu dedi: “Yeni futbolçularımız yaxşıdı. Aralarında tanınmış oyunçular da var. Bir halda ki Toni Adams bəyənib götürübsə, deməli, sanballı oyunçulardı. Sadəcə, yeni gələn futbolçuya özünü göstərmək üçün vaxt vermək lazımdı. Yadıma gəlir, 7 il bundan əvvəl Azərbaycana gələndə 6 ay mənə çətin oldu. Odur ki, yenilərə şans vermək lazımdı”.
 
İndiyə kimi “Gəncə”, “Qarabağ” və son 3 ildə “Qəbələ”nin şərəfini qoruyan futbolçu, Toni Adamsın başçılığı alıtında oynamaqdan və onun komandasında kapitan olmaqdan qürur duyduğunu deyir: “Bir il “Gəncə”də, üç il “Qarabağ”da oynamışam. 3 ildi “Qəbələ”dəyəm. “Gəncə” Azərbaycanda çıxış etdiyim ilk klub olub. Bu kluba minnətdaram. “Qarabağ”da da hər şey çox gözəl idi. Deyə bilmərəm mənə harda daha yaxşı olub, amma klubların hər üçündə özümə qarşı çox yaxşı münasibət görmüşəm. “Qəbələ”də isə ən böyük qazancım Toni Adamsın komandasında oynamağımdı. Mən onun komandasının kapitanıyam. Bu, mənim üçün böyük şərəfdi. Ola bilər ki, başqa komandalarda  indikindən yaxşı formada olmuşam. Amma “Qəbələ”də özümü daha yaxşı hiss edirəm”.
 
Futbolçu sonda “Qəbələ” ilə müqaviləsinə də toxundu və komandada qalıb karyerasını davam etdirmək istədiyini gizlətmədi: “Qəbələ” ilə müqaviləmin müddəti may ayında başa çatır. Məndən olsa qalıb, “Qəbələ”də oynamaq istərdim. Bundan sonrakı karyeramın necə və harda davam edəcəyindən asılı olmayaraq, həmisə “Qəbələ”yə uğurlar arzulayacağam”.
 
Mənbə: Qəbələ FK

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.