26 mart 2011 02:51
İtaliya, Hollandiya və Fransa səfər, İspaniya əzmkar qələbəyə sevindi (YENİLƏNİB)
Bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, millimizin istirahət etdiyi bu oyun günündə qrupumuzda bir qarşılaşma keçirilib ki, həmin görüşlə bağlı digər xəbərimizdən məlumat ala bilərsiz.
Bu günə təsadüf edən digər qarşılaşmalar isə C, D, E və I qrupları çərçivəsində baş tutub. Bunların arasında İtaliyanın Sloveniya, Fransanın Lüksemburq, Hollandiyanın Macarıstan səfərindən hansı nəticəylə dönəcəyi böyük maraq doğururdu. Maraqlıdı ki, adları çəkilən bütün görüşlərdə səfər komandaları 3 xala sevinən tərəf oldu. Hollandların qələbəsi daha asan, italyanlarınkı isə daha çətin alındı. Eyni zamanda İspaniya – Çexiya qarşılaşması da böyük maraq doğururdu. Dünya çempionları erkən qola üzülsələr də, matçın sonlarına 4 dəqiqə ərzində əzmkar qələbəni təmin edə bildilər. Serbiya da Şimali İrlandiya ilə qarşılaşmada oxşar qələbə qazandı.
AÇ-2012-nin seçmə mərhələsi
25 mart
C qrupu
Serbiya – Şimali İrlandiya - 2:1 (0:1)
Qol: Panteliç, 65, Toşiç, 74 - Makqauley, 40.
Sloveniya - İtaliya - 0:1 (0:0)
Qol: Motta, 73.
| 1 | İtaliya | 5 | 4 | 1 | 0 | 11 | - | 1 | 13 |
| 2 | Sloveniya | 5 | 2 | 1 | 2 | 7 | - | 4 | 7 |
| 3 | Serbiya | 5 | 2 | 1 | 2 | 7 | - | 8 | 7 |
| 4 | Estonia | 4 | 2 | 0 | 2 | 6 | - | 5 | 6 |
| 5 | Şimali İrlandiya | 4 | 1 | 2 | 1 | 3 | - | 3 | 5 |
| 6 | Farer adaları | 5 | 0 | 1 | 4 | 3 | - | 16 | 1 |
D qrupu
Lüksemburq – Fransa - 0:2 (0:1)
Qol: Mekses, 28, Qyurkuf, 72.
| 1 | Fransa | 5 | 4 | 0 | 1 | 8 | - | 1 | 12 |
| 2 | Belarus | 4 | 2 | 2 | 0 | 3 | - | 0 | 8 |
| 3 | Albaniya | 4 | 1 | 2 | 1 | 3 | - | 4 | 5 |
| 4 | Bosniya-Herseqovina | 3 | 1 | 1 | 1 | 4 | - | 3 | 4 |
| 5 | Rumıniya | 3 | 0 | 2 | 1 | 1 | - | 3 | 2 |
| 6 | Lüksemburq | 5 | 0 | 1 | 4 | 0 | - | 8 | 1 |
E qrupu
Macarıstan - Hollandiya - 0:4 (0:2)
Qollar: Van der Vaart, 8, Afellay, 45, Kuyt, 54, Van Persi, 62.
| 1 | Hollandiya | 5 | 5 | 0 | 0 | 16 | - | 2 | 15 |
| 2 | Macarıstan | 5 | 3 | 0 | 2 | 12 | - | 8 | 9 |
| 3 | İsveç | 3 | 2 | 0 | 1 | 9 | - | 4 | 6 |
| 4 | Moldova | 4 | 2 | 0 | 2 | 5 | - | 3 | 6 |
| 5 | Finlandiya | 4 | 1 | 0 | 3 | 10 | - | 6 | 3 |
| 6 | San Marino | 5 | 0 | 0 | 5 | 0 | - | 29 | 0 |
I qrupu
İspaniya – Çexiya - 2:1 (0:1)
Qol: David Vilya, 69; 73 - Plasil, 29.
| 1 | İpaniya | 4 | 4 | 0 | 0 | 12 | - | 4 | 12 |
| 2 | Çexiya | 4 | 2 | 0 | 2 | 4 | - | 3 | 6 |
| 3 | Şotlandiya | 4 | 1 | 1 | 2 | 4 | - | 5 | 4 |
| 4 | Litva | 3 | 1 | 1 | 1 | 2 | - | 3 | 4 |
| 5 | Lixtenşteyn | 3 | 0 | 0 | 3 | 1 | - | 8 | 0 |
