25 mart 2011 15:25

Emin İmaməliyev: Avropada ancaq müdafiə haqda düşünən 2-3 yığma qalıb

“Qarabağ”ın yarımmüdafiəçisi Emin İmaməliyev azerisport.az saytına müsahibəsində millimizin qarşıdan gələn Belçika ilə AÇ-2012-nin seçmə mərhələ oyunundan danışıb.
 
- Çox az adam millimizin Brüsseldən uğurlu nəticəylə dönəcəyinə inanır. Bəs siz necə?
- Bu, çox pisdi. İstərdim ki, komandamıza inansınlar. Əlbəttə, komandaların səviyyəsi fərqlidi, amma bu, futboldu. Hər şey ola bilər. Komandaya inanmaq lazımdı. Rəqib elə də güclü komanda deyil. Mən onların bəzi oyunlarına baxmışam. Yaxşı və gənc komandadı. Amma xüsusi heç nə göstərmirlər.
 
- Sizin sözlərinizdən belə nəticəyə gəlmək olur ki, möcüzə gözləməyə dəyər...
- Futbolda möcüzə olmur. Hər şey zərurətdən doğur. Əsas odu ki, bu gün kimin bəxti gətirə bilər. Bəli, onlar bu gün güclüdü. Ancaq biz heç də onlardan qorxmamalıyıq. 90 dəqiqə ürəkdən mübarizə aparmaq lazımdı.
 
- Belçika ilə 5 il öncəki oyunu xatırlayırsız?
- Bəli, biz onda 0:3 uduzduq. Halbuki, oyuna pis başlamamışdıq. Öz səhvlərimizdən uduzduq. Standart vəziyyətlər həlledici oldu. Bu, ümumiyyətlə rəqibimizin ən güclü tərəfidi.
 
- Belçikalı futbolçularla mübarizə aparmaq nə dərəcədə çətindi?
- Əsas odu ki, qorxmayasan. Bizim istənilən oyunçumuz onlarla uğurla mübarizə apara bilər. Qətiyyən arxayınlaşmaq olmaz. Rəqib bundan dərhal yararlana bilər.
 
- Son 5-6 ildə belçikalılar kifayət qədər gücləniblər. Bəs bizim yığmamızdakı dəyişiklikləri necə qiymətləndirərdiz?
- Böyük fərq görmürəm. Müsbət dəyişikliklər var, amma qeyd olunası xüsusi heç nə yoxdu. Komandamızda gənc oyunçular peyda olub ki, bu da təbii olaraq müsbət qarşılanmalıdı. Əgər seçmə mərhələdə 10-12 xal toplaya bilsək, onda bu, başqa məsələ. 4-5 xalı elə bizim yerli məşqçilər də qazana bilirdilər.
 
- Sizcə, komandamız hansı taktika ilə oynamalıdı?
- 5 il öncə biz 4-5-1 taktikasıyla çıxmışdıq. Hər məşqçinin öz taktikası olur. Əgər 90 dəqiqə qapıda oturacaqsansa, heç nə qazanmayacaqsan. İstənilən halda 1-2 səhv buraxmalı olursan və rəqib də bundan yararlana bilər. Artıq Avropada 2-3 komanda qalıb ki, ancaq müdafiə olunmaq haqda düşünür. Qalan bütün komandalar fəal hücum qurmaq barədə düşünür, uğuru bunda görür.
 
- Müdafiəyəmeylli taktika səfər oyunlarında işə yaraya bilər. Bu oyunda riskə getməyə ehtiyac var?
- Ola bilsin ki, baş məşqçi də bu haqda düşünür. Məğlubiyyət məğlubiyyətdi, Hansı hesabla uduzsan da, eyni şeydi. Fikrimcə, risk etməyə dəyər. Əgər hücuma atılsaq, rəqib də bundan qorxuya düşə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.