25 mart 2011 15:42
Şəfa stadionunda, 15:00-da
Xəbər verdiyimiz kimi, son ölkə çempionu “İnter” və ikinci altılığın liderliyi uğrunda mübarizə aparan “Muğan” da Premyer Liqada yaranmış fasilədən maksimum yararlanmağa qərar verib. Azerisport.az xəbər verir ki, sözügedən komandalar yığmamızın oyunu ilə əlaqədar yaranan fasilə dövründə sınaq görüşündə qüvvəsini sınayacaq.
Artıq qarşılaşmanın vaxtı da müəyyənləşib. Belə ki, “İnter” – “Muğan” matşı bazar günü saat 15:00-da baş tutacaq. Matçın "Şəfa" stadionunda keçirilməsi nəzərdə tutulur.
