25 mart 2011 15:50
Azarkeşlərimiz üçün Rua Boduendə 2-ci tribuna
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da, yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45), Brüssel şəhərindəki “Rua Boduen” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyununda millimizi dəstəkləmək istəyən xaricdə yaşayan həmvətənlərimizə şərait yaratmaq məqsədilə AFFA öz vəsaiti hesabına 100 bilet alaraq Azərbaycan Respublikasının Belçikadakı səfirliyinə verib. Azerisport.az xəbər verir ki, artıq səfirliyin nümayəndələri biletləri müvafiq qaydada azarkeşlərə paylayır.
Onu da qeyd edək ki, bu oyunda millimizi dəstəkləmək istəyən azarkeşlər üçün Belçika Futbol Federasiyası tərəfindən Brüsseldəki Rua Boduen stadionunun 2-ci tribunasının A sektoru ayrılıb. AFFA rəhbərliyi qeyd olunan qarşılaşmada millimizi kompakt şəkildə dəstəkləmək üçün stadiona gələcək azarkeşlərdən biletləri məhz həmin sektora almasını xahiş edir.
