25 mart 2011 15:55
Millimizin məşqçiləri rəqiblərimizin oyununu izləyəcək
Azərbaycan milli komandasının məşqçiləri Vəli Qasımov və Olaf Yansen AÇ-2012-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan komandaların oyununu izləyəcəklər. Azerisport.az xəbər verir ki, millinin məşqçiləri bu gün - martın 25-də keçiriləcək Avstriya – Belçika və martın 26-da keçiriləcək Almaniya – Qazaxıstan qarşılaşmasına baxacaqlar.
