25 mart 2011 16:12
İnter`lə oyun öncəsi əvəzedici heyətlə sınaq matçı (FOTOLAR)
Premyer Liqada yaranmış uzunmüddətli fasildən maksimum yararlanmağa çalışan AZAL təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, martın 23-dən etibarən "Airport" otelində toplanışa cəlb olunan komanda "İnter"lə oyununun hazırlığını Şüvəlan stadionuda keçirir.
Gündə iki dəfə meydançaya çıxan futbolçular bir yoxlama oyununda da qüvvəsini sınayacaq. Artıq bu görüş üçün rəqib də məlumdu. Belə ki, AZAL martın 27-də klubun əvəzedici heyəti ilə qarşılaşacaq.
Bununla da toplanışın ilk mərhələsinə yekun vurulacaq. Növbəti hazırlıq silsiləsi isə martın 29-da start götürəcək.
