25 mart 2011 16:32

“İngilis futbolunu Azərbaycanda tətbiq etmək qeyri-mümkündü”

Toni Adamsın köməkçisi Qari Stivens ingilis futbolunu bütövlükdə “Qəbələ”yə aşılamaq fikrində olmasa da, komandanın heyətində ciddi dəyişikliyin ola biləcəyini deyir. Azerisport.az ingilis mütəxəssislə müsahibəni sizlərə təqdim edir:
 
- Sizin vəzifəniz baş məşqçi köməkçisidi. Toni Adamsa, konkret olaraq, nədə kömək edirsiz?
- İşim, adından da göründüyü kimi, baş məşqçiyə yardım etməkdi. Komandanın hazırlığı ilə bağlı bütün məsələlərdə ona əlimdən gələn köməyi edirəm. Lazım gəldikdə ayrı-ayrı futbolçuların fərdi məşq prosesinə nəzarət etmək də mənim birbaşa səlahiyyətimdi. Bir sözlə, vəzifəm “Qəbələ”də Toni Adamsın işini yüngülləşdirməkdi.
 
- Baş məşqçi və siz İngiltərə futbol məktəbini təmsil edirsiz. Uğur qazanmağın yolunu nədə görürsüz  -  “Qəbələ”də ingilis futbolunu  tətbiq etməkdə, yoxsa sadəcə, Azərbaycanda yaxşı oynayan bir komanda yaratmaqda?
- Hesab edirəm ki, ingilis futbolunu bütövlükdə Azərbaycana gətirmək və burda hansısa komandaya tətbiq etmək qeyri-mümkündü. Çünki Azərbaycanın öz futbol məktəbi, ənənləri var. Amma ingilis futbolunun müəyyən elementlərini, yaxud da xüsusiyyətlərini tətbiq etmək istərdik. 
 
- “Qəbələ” ilk altılığa düşə bilmədi. Bu, komandanın ümumi planına necə təsir edəcək?
- Baş məşqçi köməkçisi kimi şəxsən mən çox istərdim ki, “Qəbələ” ilk altılığa düşsün. Amma istəyimizə çata bilməmişiksə, bunu faciəyə çevirmək lazım deyil. Bu il “Qəbələ” üçün keçid dövrüdü. Başladığımız işin bəhrəsini gələn il götürəcəyik. Gələn il artıq bizim işimizə qiymət vermək olar.
 
- Klubun hələ ki müasir tələblərə cavab verən stadionu və bazası yoxdur. Doğrudanmı, bu, yaxşı komanda yaratmağa mane olur?
- Təbii ki, yaxşı stadion və müasir tələblərə cavab verən bazanın olması güclü komanda yaratmağın şərtlərindən biridi. Amma futbolda komandalar meydana bərabər sayda futbolçu ilə çıxır və eyni imkanlara malik olurlar. Futbolçular hansı şəraitdə oynayırsa, həmin şəraitə uyğunlaşmalıdırlar. Yəni yaxşı komanda yaratmaq üçün stadion və baza birinci dərəcəli şərt deyil.
 
- Yeni ilin əvvəli komandanız üçün o qədər də uğurlu olmadı. Müxtəlif səbəblər göstərilir. Komandanın oyunlarını saf-çürük edən mütəxəssis kimi siz nə fikirdəsiz?
- Deməzdim ki, “Qəbələ”nin oyununda eniş yeni ildən başlayıb. Ötən ilin son iki oyununda AZAL-la heç-heçə oynadıq, “Bakı”ya isə məğlub olduq, cəmi 1 xal qazandıq. Məncə, uğursuzluğu qış tətilindən sonrakı dövrlə, yaxud da yeni transferlərlə bağlamaq düzgün deyil. Dünyanın ən tanınmış klubları belə, bu kimi enişlərdən sığortalanmayıb.  İnanıram ki, yaxın zamanda çatışmazlıqları aradan qaldırıb uğursuz  günlərimizi arxada qoyacağıq.
 
- Gələcək planlar haqqında nə deyə bilərsiz? Komandada köklü dəyişikliklər gözlənilirmi?
- Əslində, bütün normal klublar mövsümə bir heyətlə başlayır, bir qədər fərqli heyətlə başa vurur. Bu məsələdə “Qəbələ” də başqa klublardan fəqrlənmir. Əgər indi biz ikinci altılıqda mübarizə aparırıqsa və gələn mövsüm qarşımıza ilk altılığa düşməyi məqsəd qoyacağıqsa, deməli, heyətdə dəyişikliklər olmalıdı.
 
- Bir mütəxəssis kimi Azərbaycan futbolu haqqında hansı fikirdəsiz?
- Öncə onu deyim ki, bu gün burda, Azərbaycanda çalışmaqdan böyük həzz alıram. Futbola gəlincə, inkişaf istənilirsə, əvvəlcə təməllər qoyulmalıdı. Stadion və meydançaların səviyyəsi yaxşılaşdırılmalıdı. Hər komandanın özünün stadionu, məşq bazası olmalıdı. Hər klubun nəzdində uşaq və yeniyetmə futbolçulardan ibarət  komandalar olmalıdı. Məhz bu təməllər olduqdan sonra Azərbaycan futbolu durmadan inkişaf edəcək. Çox arzu edirəm ki, Azərbaycan futbolu böyük nailiyyətlər qazansın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.