25 mart 2011 11:33
Qarabağ`ın Simurq`la oyununun vaxtı açıqlandı
“Qarabağ” “Neftçi”ylə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun başçılığı altında məşq edən komanda “Sərin”in idman meydançasında məşq edir.
Milliyə göndərilən futbolçularsız davam edən çalışmalarda heyət üzvlərinin əzmlə çalışması hiss olunur. Bir müddət öncə əməliyyat olunan Aftandil Hacıyev də artıq kollektiv çalışmalarda iştirak edir.
Xəbər verdiyimiz kimi, milli oyunlar səbəbindən Premyer Liqada yaranan 2 həftəlik fasilə ilə əlaqədar olaraq yaranmış boşluqdan maksimum yararlanmaq istəyən komanda yoxlama oyununa çıxacaq. 17 futbolçuyla çalışmalarını davam etdirən ağdamlıların martın 27-sində baş tutacaq görüşdəki rəqibi “Simurq” olacaq. Suraxanı qəsəbə stadionunda keçiriləcək oyunun saat 14:00-da başlaması planlaşdırılıb.
