25 mart 2011 00:01
Bernard Lippert: Bəxtimizin gətirdiyini deməliyəm
21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Qvineya yığmaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert AFFA-nın rəsmi saytına fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bu görüşlə bağlı aşağıdakıları dilə gətirib:
“İlk 10 dəqiqə istisna olmaqla, birinci hissədə çox zəif oynadıq. Fiziki hazırlığı yaxşı səviyyədə olan rəqibə qarşı təhlükə yarada bilmədik. Heç nədən top itirirdik. İkinci hissəyə heyətdə dəyişikliklərlə başladıq. Oyunçular onlara verilən taktiki göstərişləri ikinci hissədə daha yaxşı yerinə yetirdilər, biz daha çox topa sahib olduq və rəqibin qapısı qarşısında daha tez-tez görünməyə başladıq. Penalti epizodlarında bəxtimizin gətirdiyini deməliyəm. Lakin ümumi götürsək, qələbəyə layiq olduğumuzu düşünürəm”.
