25 mart 2011 12:05

Elnur Abdullayev: Mən sadəcə Foqtsun taktiki sxeminə uyğun gəlmirəm

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev azerisport.az saytına müsahibəsində yığmaya çağırılmamasına münasibət bildirib, millimizin qarşıdakı Belçika ilə oyunundan, eləcə də öz komandasının çıxışından danışıb.
 
- Berti Foqtsun Belçika ilə oyun üçün açıqladığı heyətdə adınızın olmamasını necə qarşıladız?
- Nə deyə bilərəm ki? Futbol bununla bitmir. Bu, baş məşqçinin qərarıdı. Mən də ona hörmətlə yanaşıram. Çalışacam ki, “Xəzər Lənkəran”ın əsas heyətində daha çox görünüm. Əgər oyunum Foqtsun xoşuna gəlsə, məni də çağırar.
 
- Azarkeşlərin də əksəri belə hesab edir ki, siz yığmaya çağırılmalı olan azsaylı futbolçulardan birisiz...
- Mənə bunu eşitmək çox xoşdu. Əlbəttə, Foqts gələn dəfə məni çağıra bilər. Amma mən də layiqli oynamalıyam. Mənim üçün yığma komandada çıxış etmək böyük şərəfdi.
 
- Foqtsun sözlərinə görə sizin topla rəftarınız yaxşı olsa da, topsuz oynamağı bacarmırsız...
- Bilmirəm. Ola bilər gələcəkdə onun fikri dəyişsin. Fikrimcə, Belçika ilə oyunda komanda daha çox müdafiədən oynamalı olacaq. Mümkündü ki, hazırkı mərhələdə baş məşqçinin taktiki sxeminə uyğun gəlmirəm.
 
- Bəs bütövlükdə yığmanın oyunu haqda nə deyə bilərsiz?
- Yığmamıza uğurlar arzulayıranm. Minimum heç-heçə gözləyirəm. Bəlkə də bu inanılmaz görünür. Amma mən komandamıza inanıram. Yəqin yadınızdadı ki, bizim Türkiyəyə qalib gələcəyimizə çox az adam inanırdı. Ancaq Azərbaycan bunu bacardı.
 
- Klubunuzdan danışaq. “Xəzər Lənkəran”ın fasilə dövründəki planları necədi?
- Biz artıq Lənkərana yollanmışıq və ayın sonuna kimi burda hazırlıq keçəcəyik. Qarşıdakı “Bakı” ilə matçda ancaq 3 xal qazanmaq istəyirik. Ümumiyyətlə, bizim üçün hər bir oyun final görüşü kimidi. Elə qarşıdakı oyuna da ancaq qələbə üçün çıxacağıq.
 
- XL nəhayət, “Bakı”ya qalib gələ biləcəkmi?
- Bu, futboldu, hər şey ola bilər. Mən əlbəttə, düşünmürəm ki, “Bakı”nın çempionluğa şansı var. Amma onların kuboka daha ciddi yanaşdığını demək olar. Bu dəfə artıq biz onları məyus etməliyik. Axı bizim məqsədimiz qızıl dubl etməkdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.