26 mart 2011 01:22
Belçika millimizlə oyuna möhtəşəm qələbə ilə çıxacaq (YENİLƏNİB)
Bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın yer aldığı A qrupunda bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, Avstriya millisi doğma meydanda Belçika yığmasını qəbul edib.
Avstriyalılar bu görüşdə qələbə qazanmaqla qrupumuzda ikinci pillədəki mövqeyini daha da möhkəmləndirməyi hədəfləyirdi. Belçika isə səfərdə qələbə qazanmaqla, eyni gücdə olduğu bu rəqiblə xallarını bərabərləşdirmək istəyirdi. Maraq üçün xatırladaq ki, bu komandalar arasındaki ilk oyun Brüsseldə baş tutmuş və kifayət qədər maraqlı və qollu alınmışdı – 4:4. Elə bu dəfəki qarşılaşma da böyük marağa səbəb oldu. Hər halda bu oyun ərəfəsində çox ciddi itkilərlə üzləşən belçikalılar çoxlarının gözləmədiyi halda səfərdə avstriyalıları məğlub etməyi bacardı.
Qeyd edək ki, Belçika yığması martın 29-da millimizi qəbul edəcək. Deməli belə bir möhtəşəm qələbədən sonra komandamızın sözügedən səfər matçındakı şansları daha da azalmış oldu.
AÇ-2012-nin seçmə mərhələsi
25 mart
AVSTRİYA – BELÇİKA - 0:2 (0:1)
Qol: Vitsel, 6; 50.
Hakim: Vladislav Bezborodov (Rusiya)
Vyana. “Ernst Happel” stadionu.
| 1 | Almaniya | 4 | 4 | 0 | 0 | 13 | - | 1 | 12 |
| 2 | Belçika | 5 | 2 | 1 | 2 | 10 | - | 8 | 7 |
| 3 | Avstriya | 4 | 2 | 1 | 1 | 9 | - | 6 | 7 |
| 4 | Türkiyə | 4 | 2 | 0 | 2 | 6 | - | 6 | 6 |
| 5 | Azərbaycan | 3 | 1 | 0 | 2 | 2 | - | 9 | 3 |
| 6 | Qazaxıstan | 4 | 0 | 0 | 4 | 0 | - | 10 | 0 |
