25 mart 2011 12:31
Futbolçular hakimi döyüb xəstəxanalıq etdilər (VİDEO)
Argentinada futbol terroru yaşanıb. Azerisport.az xəbər verir ki, “Juventud” ilə “Sportivo Laguna” arasında oynanılan qarşılaşmada hakim Huqo Veqa “Juventud”lu bir oyunçuya sarı vərəqə göstərir. Ancaq bu, ona baha başa gəlir. Elə oyunun 20-ci dəqiqəsində yaşanan olay zamanı futbolçular hakimi təpik və yumruqlarla xəstəxanalıq ediblər.
