26 mart 2011 13:01

Maksim Medvedev qayıdacağı tarixi açıqladı

Milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq “Qarabağ” 17 futbolçuyla hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, 2011-ci ildə zədə üzündən rəsmi oyuna çıxa bilməyən müdafiəçi Maksim Medvedev də artıq kollektivlə çalışmalarda iştirak edir. Almaniyada müalicə olunan 21 yaşlı milli üzvü hazırkı durumunu dəyərləndirib:
 
“Zədəm həqiqətən də qeyri-adi alındı. Fərqli vasitələrdən müalicədən istifadə olunsa da, zədəni müəyyənləşdirmək mümkün olmurdu. Ümumi qənaət bundan ibarət oldu ki, sadəcə zamana ehtiyac var. Daha dəqiq desək  zədənin keçməsi üçün 6 həftəlik zaman lazım idi. İndi artıq kollektivlə məşqlərə başlamışam. Həkimlər dedi ki, ayağında hələ ağrılar olacaq. Demək olar ki, artıq ağrılara alışmışam. Əsas sağalma mərhələsi artıq arxada qalıb. 3 həftəyə tam hazır olacam”.
 
Maksim futbol üçün darıxdığını da bildirib: “Artıq 3 aydı futboldan uzaq düşmüşəm. Karyeramda ilk dəfə olaraq bu qədər futboldan ayrı qalmışam. Futbol üçün darıxmışam. Almaniyada olarkən oyunlarımızı izləyə bilməsəm də, saytımız vasitəsiylə oyunları onlayn izləyirdim. Sevinirəm ki, komandamız ardıcıl qələbələrlə 2-ci pilləyə yüksəlib. “Qarabağ” son illərdə yüksəlişdədi. Yerimin görsənməyi barəsində nəsə deməyim düzgün deyil. Komanda qələbələr qazanırsa, konkret futbolçunu fərqləndirmək düzgün deyil. Hazırda mənim mövqeyimdə Qara uğurla çıxış edir. Zaur da hemin yerdə oynamağı bacarır. Biz kollektiv futbol oynadığımız üçün meydanda kimin olmasının elə də önəmi yoxdu. Kim meydana çıxırsa, var gücünü, deyərdim ki, ürəyini meydanda qoyur”.
 
O, “Qarabağ”ın qarşıdakı oyunlarını da dəyərləndirib: “Qarşıda bizi bir-birindən çətin 8 oyun gözləyir. Son 9 oyunda qələbə qazanmışıq. Hamı bizim seriyanın taleyi ilə maraqlanır. Amma keçən dəfə Rəşad Sadıqov demişdi ki, seriya haqqında fikirləşmək bizə 3 xal verməyəcək. Onun dediyi ilə razıyam. Axı, bütün seriyalar nə zamansa başa çatır. Ona görə də, hər oyuna xüsusi hazırlaşırıq. İnanıram ki, payızda düşdüyümüz böhran bir daha təkrarlanmayacaq. İndi heyətimizin yetərincə geniş olduğunu düşünürəm. Ona görə də sonuncu tura qədər “Qarabağ”ın yüksələn xətlə çıxış edəcəyini düşünürəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.