26 mart 2011 13:10
Kruqlov Uruqvay üzərində qələbəyə sevindi
Dünən bəzi yığma komandalar AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində rəsmi oyuna çıxarkən, bir neçə komanda da yoldaşlıq görüşündə qüvvəsini sınadı. Azerisport.az xəbər verir ki, belə yığmalardan biri də Estoniya olub.
Estonlar doğma meydanda Uruqvay millisini qəbul ediblər. Son Azərbaycan çempionu “İnter”in şərəfini qoruyan Dmitri Kruqlov da bu görüşdə forma geymək şansı qazanıb. O, əsas heyətdə meydana çıxsa da, cəmi 63 dəqiqə meydanda olub və əvəzlənib.
Qarşılaşmaya gəlincə, estonlar DÇ-2010-un yarımfinalçısı üzərində 2:0 hesablı qələbəyə sevinib.
